BAKI, 27 noyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında “İmişli” “Şəfa”nı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.

Turun mərkəzi görüşündə isə “Neftçi” “Zirə” ilə qarşılaşacaq. Paytaxt derbisini Tural Qurbanov idarə edəcək.

Qeyd edək ki, tura noyabrın 29-da yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XIII tur
27 noyabr

14:30. “İmişli” – “Şəfa”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu

19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”