BAKI, 26 noyabr. TELEQRAF
“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyvlə yadda qalan qolkiper olub.
Teleqraf xəbər verir ki, 33 yaşlı qapıçı keçirdiyi 5 oyunda 31 dəfə rəqib hücumlarının qarşısını alıb. Bununla da o, turnirin bu göstəricidə liderinə çevrilib.
Qeyd edək ki, “Sabah” dünən Liqa mərhələsinin V turunda Bakıda İspaniyanın “Barselona” klubuna 1:4 hesabı ilə məğlub olub.
Azərbaycan təmsilçisi daha əvvəl İngiltərənin “Mançester Yunayted” (0:4), Almaniyanın “Borussiya” (Dortmund) və Norveçin “Vikinq” (1:4) klublarına uduzub. Bakı təmsilçisinin yeganə qələbəsi isə Çexiyanın “Slaviya” komandası üzərində olub – 2:0.
“Sabah” növbəti matçını dekabrın 8-də İspaniyada “Vilyarreal”a qarşı keçirəcək.