Yevlaxda yük maşını VİTA ilə toqquşub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə az öncə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
TIR kiçik tutumlu sərnişin avtobusu ilə toqquşub. İlkin məlumata görə, hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma başlanıb.