BAKI, 17 noyabr. TELEQRAF
İranın Abdanan şəhərində neft şirkəti işçilərini daşıyan avtobusun aşmasından sonra şəhər əhalisi kütləvi şəkildə etiraz aksiyası keçirmək üçün küçələrə axışıb.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Etirazçılar “Bu, son döyüşdür, Pəhləvi geri qayıdacaq”, “Cavid Şah”, “Rejimə ölüm”, “Yoxsulluq, korrupsiya, bahalıq devrilənədək mübarizə aparacağıq”, “Səriştəsiz məmur, istefa! İstefa!” şüarları səsləndirirlər.
Məlumata görə, etirazçıların toplaşdığı əraziyə motosikletli şəxslər gələrək havaya atəş açıblar. Atəş açıldıqdan sonra izdihamın bir hissəsi dağılsa da, bir qismi yürüşü davam etdirir.
Şəhər sakinləri internet sürətinin kəskin şəkildə zəflədiyini də bildiriblər.
Mitinq avtobusun aşması nəticəsində 13 neft şirkəti işçisinin həlak olmasından sonra başlayıb.