BAKI, 17 noyabr. TELEQRAF

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Beyrutda Livan parlamentinin sədri Nəbi Berri ilə bütün silahların dövlət nəzarətinə verilməsinin zəruriliyi barədə müzakirə apardığını bildirib.

Teleqraf xəbər verir ki, görüşdə “Hizbullah” Hərəkatının tərksilah edilməsi də müzakirə olunub.

Mayk Uolts görüşdən sonra sosial şəbəkə hesabında yazıb: “Bütün silahların dövlət nəzarətinə verilməsi ilə bağlı açıq və səmimi müzakirəmiz oldu. Bu, seçim məsələsi deyil, irəliyə doğru yeganə yol budur”.

Diplomat “Hizbullah”ı “xərçəng” adlandıraraq, bu qruplaşmanın Livan dövlətini zəhərlədiyini və belə vəziyyətin davam etməməli olduğunu vurğulayıb.