BAKI, 29 oktyabr. TELEQRAF

Xalq artisti Zaur Rzayev vəfat edib.

Bu barədə Teleqraf-a onun oğlu Azər Rzayev məlumat verib.

Z.Rzayev bu gün müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin 29.10.2026-cı il tarixində saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.

Pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət etsin!