BAKI, 29 oktyabr. TELEQRAF

Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.

Qeyd edilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

***

17:18

Bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

17:12

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında qeydə alınan zəhərlənmə hadisəsi dərhal nəzarətə götürülüb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

"Məsələ nəzarətə götürülüb. Araşdırılır", - qurumun məlumatında qeyd olunub.