BAKI, 29 oktyabr. TELEQRAF

Fransa millisinin sabiq baş məşqçisi Didye Deşam İtaliyanın “Yuventus” klubunu çalışdıra bilər.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 58 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.

Klub rəhbərliyi hazırda işsiz olan Deşama rəsmi təklif göndərməyi planlaşdırır. Buna səbəb A Seriyası təmsilçisi “Yuventus”un turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşmasıdır.

Hazırki baş məşqçi Lusiano Spalettinin gələcəyi həftəsonu “Napoli” ilə keçiriləcək qarşılaşmadan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Didye Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisindın ayrılıb. Fransa yəığması mundialı dördüncü yerdə başa vurub.