BAKI, 28 oktyabr. TELEQRAF

İsrailin müxalif Demokratlar partiyasının sədri Yair Qolan Baş nazir Benyamin Netanyahuya qarşı olan partiyaları ərəb partiyaları ilə koalisiya qurmağa çağırıb

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Netanyahu məğlub oldu. 65 mandat 55 mandatdan çoxdur. İsrail demokratiyası belə işləyir”, - Qolan vurğulayıb.

Netanyahunun yəhudi və ərəb seçicilər arasında “irqçi bölgü” yaratmasına görə tənqid edən siyasətçi qeyd edib ki, müxalifət partiyaları qorxunu kənara qoymalı və İsrailin ərəb vətəndaşlarının iştirakı ilə hökumət qurmalıdır.

Qolan əlavə edib ki, müxalifət koalisiyası ümumilikdə 65 mandatla Netanyahunun düşərgəsinin 55 mandatına qarşı hökumət qurmaq üçün lazım olan çoxluğa malikdir.

Parlament seçkilərindən sonra davam edən səslərin hesablanmasına əsasən, Netanyahunun bloku indiyədək 54 mandat, sabiq Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi koalisiya 48 mandat, ərəb partiyaları isə 18 mandat əldə edib.