BAKI, 27 oktyabr. TELEQRAF

Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Səudiyyə Ərəbistanının “Ras Tanura” neft emalı zavoduna zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Ras Tanura” Bəsrə körfəzi sahilində yerləşir və Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodudur.