BAKI, 29 oktyabr. TELEQRAF
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard istefa verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, vəzifəsindən 2027-ci il fevralın 7-də ayrılacaq.
Avropa Mərkəzi Bankının açıqlamasında deyilir: “Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu gün İdarəetmə Şurasına və Avropa Şurasının prezidenti Antonio Koştaya 2027-ci il fevralın 7-də istefa verəcəyini bildirib”.
“Reuters” agentliyinin məlumatına görə, Laqardın yerinə əsas namizədlər Hollandiya və İspaniya mərkəzi banklarının keçmiş rəhbərləri Klaas Nott və Pablo Ernandes de Kosdur.
Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabr ayının sonunda başa çatmalı idi, amma onun vaxtından əvvəl getməsi ilə bağlı xəbərlər bir neçə aydır dolaşırdı. Mümkün istiqamətlərdən biri onun Dünya İqtisadi Forumuna təyin olunmasıdır.