BAKI, 29 oktyabr. TELEQRAF

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan 32 milyon 750.02 min ABŞ dolları dəyərində 41 min 414.50 ton xurma ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1 milyon 389,97 min ABŞ dolları (4,07%), miqdar baxımından isə 6 min 311,91 ton (13,22%) azdır.

Yanvar-sentyabr aylarında xurma ixracı ölkənin ümumi ixracının 0.14%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0.49%-ni təşkil edib.