BAKI, 29 oktyabr. TELEQRAF
Rusiya Ukraynanın Dnepropetrovsk şəhərində dəmir yolu stansiyasına hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanja məlumat verib.
“Rusiyanın Dneprə hücumu nəticəsində 13 nəfər ölüb. Bundan əlavə, ən azı 5 nəfər yaralanıb. Tibb işçiləri hər kəsə lazımi yardımı göstərirlər”, - o bildirib.