BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, turnirin II təsnifat mərhələsinin oyunlarından sonra müəyyənləşib.

Son oyun günündə "Karvan-Yevlax" səfərdə "Zəngəzur"u 4:1 hesabı ilə , "Gəncəbasar" isə "Xankəndi"ni 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan Kuboku

1/8 final mərhələsi

"Araz-Naxçıvan" - "Marafon"

"İmişli" - "Sumqayıt"

"Sabah" - "İmişli"

"Sumqayıt" - "Qarabağ"

"Qəbələ" - "Şahdağ Qusar"

"Gəncəbasar" - "Şamaxı"

"Neftçi" - "Şəfa"

"Karvan Yevlax" - "Zirə"

"Turan Tovuz" - "Kəpəz"

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 təsnifat mərhələsinin oyunları dekabrın 1-2-də baş tutacaq.