BAKI, 29 oktyabr. TELEQRAF

Premyer Liqa nəhənglərindən “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş qış transfer pəncərəsində İngiltərə klubundan ayrıla bilər.

Teleqraf “El Nacional” nəşrinə istinadla xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə baş məşqçi Maykl Kerrik arasındakı münasibətlər pisləşib.

Bildirilib ki, klub rəhbərliyi bu məsələdə baş məşqçini dəstəkləyib. Bir neçə Səudiyyə Ərəbistanı klubu 32 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Fernandeş daha əvvəl “Mançester Yunayted”in baş məşqçisini tənqid edib. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 11 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.