BAKI, 29 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu “Bütün dövrlərin “Qızıl top”u” mükafatını qazanmasından sonra paylaşım edib.
Teleqraf xəbər verir ki, 40 yaşlı futbolçu sosial şəbəkə hesabında azarkeşlərə təşəkkürünü bildirib.
“Futbol azarkeşlərə məxsusdur! Dünyanın hər yerindəki bütün azarkeşlərə təşəkkür edirəm. “Bütün dövrlərin “Qızıl top”u” sizə də məxsusdur”, – deyə Ronaldu yazıb.
Qeyd edək ki, azarkeşlər arasında keçirilən onlayn səsvermənin nəticələrinə əsasən, 2008-ci ildə Ronaldunun qazandığı “Qızıl top” birinci olub.
Nominasiyada “Qızıl top”u bir neçə dəfə qazanan futbolçular yer alıblar. Onların arasında Lionel Messi (8), Kriştiano Ronaldu (5), Yohan Kroyff (3), Mişel Platini (3), Marko van Basten (3), Alfredo Di Stefano (2), Frans Bekkenbauer (2), Kevin Kiqan (2), Karl-Haynz Rummenigge (2) və Ronaldo (2) var.