BAKI, 29 oktyabr. TELEQRAF

“Sülhə gəlincə, artıq demişəm ki, həm Ermənistan daxilində, həm də Ermənistandan kənarda sülh gündəliyimizdən uzaqlaşmağımıza və hər gün başqa istiqamətə yönəlməyimizə səbəb ola biləcək onlarla amil var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Amma biz buna baxmadan yekun sülh sazişi imzalanana qədər davam etməliyik. Mənim məqsədim budur: baş nazir kimi fəaliyyətimi sülh sazişinin imzalandığı və ratifikasiya edildiyi şəraitdə başa vurum. Əgər belə olmasa, bunu özüm üçün şəxsi uğursuzluq hesab edəcəyəm”, - Baş nazir bildirib.