BAKI, 29 oktyabr. TELEQRAF

“Çoxqütblü dünyanın formalaşması artıq nəticələr verir, amma əsas məqsəd xalqların həyat səviyyəsinin yaxşılaşdırılması olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitində deyib.

“Çoxqütblü dünyanın artıq nəticələr verdiyinə diqqət çəkdiniz. Sizinlə razılaşmamaq mümkün deyil”, - Rusiya lideri Namibiya Prezidenti Netumbo Nandi-Ndaytvaya müraciətlə bildirib.

Putin daha sonra əlavə edib: “Amma əlbəttə, sizin də qeyd etdiyiniz kimi, görüşlərimiz və iclaslarımızla kifayətlənməməliyik. Biz əsas nəticəyə nail olmağa çalışmalıyıq. Hamımız üçün əsas nəticə xalqlarımızın həyat səviyyəsinin yüksəlməsidir. Bununla belə, iclaslarımızın da əhəmiyyəti var. Biz kifayət qədər yaxşı işləyirik”.