BAKI, 27 oktyabr. TELEQRAF
Türkiyənin Dənizli şəhərində Mərkəzəfəndi bələdiyyəsində əməliyyat keçirilib.
Teleqraf xəbər verir ki, əməliyyat zamanı saxlanılan şübhəlilər arasında bələdiyyə sədri Şəniz Doğan və həyat yoldaşı Mehmet Ali Doğan da var.
Şübhəlilərin saxlanılması ilə bağlı prosedurlar davam edərkən, polis bələdiyyə binasında və Şəniz Doğanın evində axtarış aparır.