BAKI, 29 oktyabr. TELEQRAF

Oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin Səudiyyə Ərəbistan Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prezidenti Mazin İbrahim Al-Kahmous ilə ikitərəfli görüşü və təltifetmə mərasimi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Kamran Əliyev Mazin İbrahim Al-Kahmousu iki ölkənin hüquq-mühafizə orqanlarımaraaında göstərdiyi xidmətlərə görə "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı ilə təltif edilməsi barədə əmr imzalayıb.

Bu gün keçirilən təltifetmə mərasimində Kamran Əliyev medalı Mazin İbrahim Al-Kahmousa təqdim edib. Mazin İbrahim Al-Kahmous Azərbaycanın baş prokuroruna təşəkkür edib. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq davam edəcək.