BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycanın Daşkənddəki səfiri Rəşad Məmmədov Özbəkistan Ali Məhkəməsinin sədri Robaxon Mahmudova ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rəşad Məmmədov sosial media hesabında paylaşım edib.

O bildirib ki, görüşdə Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətləri, xalqlar arasında dostluğun möhkəmləndirilməsi, həmçinin məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Görüşdən sonra Rəşad Məmmədov Özbəkistan Ali Məhkəməsinin Tarix Muzeyini ziyarət edərək ölkənin məhkəmə sisteminin tarixi ilə tanış olub.