BAKI, 29 oktyabr. TELEQRAF
“Konstitusiya dəyişikliyinin əleyhinə səs vermək, sülhə qarşı səs vermək demək olardı”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan söyləyib.
“Konstitusiya dəyişikliyinə qarşı səs vermək sülhə qarşı səs vermək, yəni müharibənin lehinə səs vermək demək olacaq”, - o, müxalifətin konstitusiya dəyişiklikləri prosesi ilə bağlı mənfi münasibətindən danışarkən qeyd edib.
Konstitusiya dəyişikliyindən sonra sülh sazişinin imzalanacağına zəmanət verilib-verilmədiyi barədə suala cavabında Paşinyan deyib:
“Mən konstitusiya məsələsinə bu baxımdan yanaşmamışam. Mən müxalifətin imtina edə bilməyəcəyi təklifi dəqiq şəkildə formalaşdırmalıyam. Bu o deməkdir ki, həmin sual səsləndiriləndə mən açıq şəkildə “bəli, zəmanət verirəm” deməli və zəmanət olaraq öz siyasi etibarlılığımı və mandatımı ortaya qoymalıyam”.
Ermənistan hökumət başçısı konstitusiyada istinad edilən və Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinin dövlətin əleyhinə olduğunu vurğulayıb. O, həmin istinadın konstitusiyadan çıxarılmalı olduğunu bildirib.