BAKI, 29 oktyabr. TELEQRAF

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla təkbətək görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclası çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, TDT çərçivəsində əməkdaşlığı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Nazirlər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

14:23

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla təkbətək görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş Ankarada TDT XİN Şurasının 13-cü iclası çərçivəsində baş tutub.