BAKI, 23 oktyabr. TELEQRAF

“İran Silahlı Qüvvələri üçün inanılmaz silahlar istehsal edilib”.

Teleqraf xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin İdeoloji-Siyasi İdarəsinin rəhbəri Ziyaəddin Ağacanpur deyib.

“ABŞ-yə məxsus aviadaşıyıcıları və digər gəmilərini məhz bu silahlarla hədəfə almışıq”, - o bildirib.

Ağacanpur ABŞ və onu dəstəkləyən region ölkələrinə müraciətində təhdidlər də səsləndirib: “İran xalqı sizə ağır zərbə vuracaq, sizi sərt şəkildə cəzalandıracaq”.