BAKI, 23 oktyabr. TELEQRAF
“İranın yeni Ali rəhbəri Müctəba Xameneinin ictimaiyyət arasına çıxmaması onun liderlik və səlahiyyət iddialarına uyğun gəlmir”.
Teleqraf xəbər verir ki, bunu iranlı jurnalist Əli Şirazi deyib.
“İran rəsmilərinin Müctəba Xameneinin videosunun, səsyazısının, hətta əl yazısının yayımlanmamasına dair izahları onun liderliyi və səlahiyyətləri ilə bağlı iddialarla ziddiyyət təşkil edir. Xamenei hətta özü istəsə belə, xalq arasında görünməyə icazə ala bilmirsə, onun cəmiyyətlə ünsiyyətinin və ictimaiyyət qarşısına çıxmasının qaydalarını hansı qurumların müəyyənləşdirdiyi sualı ortaya çıxır”, - jurnalist bildirib.
Xatırladaq ki, İranın Əli Xameneidən sonrakı Ali rəhbəri Müctəba Xamenei bu posta seçildiyi mart ayında bəri bir dəfə də ictimaiyyət qarşısına çıxmayıb, foto və ya videogörüntüsü dərc edilməyib. Bu müddətdə dövlət televiziyasında ancaq yazılı müraciətləri yayımlanıb. Müctəbanın ABŞ və İsrailin fevralın 28-də Tehrana hava zərbələrində ağır yaralandığı bildirilir. Həmin hücumda onun atası və sələfi Əli Xamenei ölüb.