BAKI, 23 oktyabr. TELEQRAF
“İranın Ali rəhbəri Müctəba Xamenei müharibə şəraitinə və ictimaiyyət qarşısında görünmək imkanlarının məhdud olmasına baxmayaraq, ölkənin idarə edilməsini davam etdirir”.
Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacı Sadiqi deyib.
“Ali rəhbər müharibə şəraitinə və ictimaiyyət qarşısına çıxmaq imkanlarının məhdud olmasına baxmayaraq, sağlam vəziyyətdə, qətiyyətlə və vəziyyətə tam bələd olmaqla inqilabı, hakimiyyətin üç qolunu və silahlı qüvvələri idarə edir”, - o bildirib.
Hacı Sadiqi iddia edib ki, İsraillə mübarizə elan edilmiş məqsədlərə nail olunana qədər davam edəcək.