BAKI, 21 oktyabr. TELEQRAF

Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasına dair sazişə dəyişiklikləri nəzərdə tutan ikinci əlavə saziş təsdiqlənib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.

Qanuna əsasən, 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” təsdiq edilib.