BAKI, 21 oktyabr. TELEQRAF
“Ermənistanda “Tramp marşrutu”nun tikintisi bu ilin sonu-gələn ilin əvvəlində başlaya bilər”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir layihənin icra müddəti ilə bağlı müəyyən proqnozlar və təsəvvürlərin olduğunu qeyd edib:
“Artıq xeyli vaxt keçib, indi də işləri mümkün qədər sürətlə aparmağa köklənmişik ki, 2026-cı ilin sonunadək müəyyən işlərə başlayaq. Bu, real görünür, amma daha real variant 2027-ci ilin əvvəlidir”.
Mirzoyan əlavə edib ki, hazırda ərazinin təmizlənməsi, texniki qiymətləndirmə və hazırlıq işləri aparılır: “Söhbət hələlik dəmir yolu relslərinin döşənməsindən getmir”.