BAKI, 21 oktyabr. TELEQRAF
Qətərdə səfərdə olan Türkiyə müdafiə naziri Yaşar Gülər Dohada bu ölkənin baş nazirinin müavini və müdafiə naziri Şeyx Səud bin Əbdürrəhman əl-Tani ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Yaşar Gülər Qətər Müdafiə Nazirliyinə hərbi mərasimlə qarşılanıb. Mərasimdən sonra hər iki nazir arasında görüş keçirilib.