BAKI, 21 oktyabr. TELEQRAF
“İranın infrastrukturuna zərbə endiriləcəyi təqdirdə, Hörmüz boğazındakı internet kabelləri hədəfə alınacaq”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini Yədullah Cəvani deyib.
“ABŞ-nin regiondakı hərbi bazaları məhv edilib, uzaq məsafələrdə yerləşən bazalar da məhv edilə bilər”, - o əlavə edib.
Cəvani bildirib ki, İranın növbəti addımları düşünülmüş və hallarda hücum xarakterli olacaq:
“Strategiyanın hücum xarakterli istiqamətdə dəyişdirilməsinin və çəkindirmə imkanlarımızı artıracaq addımların atılmasının səbəbi ABŞ-nin təcavüz fikrindən birdəfəlik daşınmasını təmin etməkdir”.