BAKI, 21 oktyabr. TELEQRAF

“Hazırda TRIPP (“Tramp marşrutu”) layihəsinin nizamnaməsi və səhmdarlar arasında saziş üzərində iş aparılır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Daha bir məqamı qeyd edim: işlər yekunlaşmaq üzrədir, ümid edirəm, yaxın günlərdə bu barədə məlumat alacaqsınız. Əlbəttə, mümkün olan bütün sənədlər ictimaiyyətə açıqlanacaq və müəyyən edilmiş prosedurlara uyğun olaraq müvafiq mərhələlərdən keçəcək”, - nazir deyib.

Ararat Mirzoyanın sözlərinə görə, bütün hallarda işlər davam etdirilir:

“Bəllidir ki, əgər bu sənəd ratifikasiya olunmasa və tarixin zibilliyinə göndərilsə, bundan sonrakı müzakirələrin mənası qalmayacaq”.