BAKI, 20 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) tərəfindən paytaxt Riyada atılan ballistik raketi məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib.
“Husi terrorçuları tərəfindən Ər-Riyada atılan ballistik raket məhv edilib”, - o, X sosial şəbəkəsində yazıb.