BAKI, 21 oktyabr. TELEQRAF
İspaniyanın “Barselona” klubunun müdafiəçisi Xavi Espart UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.
Teleqraf xəbər verir ki, 19 yaşlı futbolçu turnirin Liqa mərhələsinin III turunda PSJ ilə səfər matçında (2:4) fərqlənib.
19 yaş 152 günlük olarkən qol vuran Espart Çempionlar Liqasında fərqlənən ən gənc ispan müdafiəçi olub.
O, bu göstəricidə “Real”ın sabiq futbolçusu Serxio Ramosu geridə qoyub. Ramos 2005-ci ildə “Olimpiakos”la matçda 19 yaş 251 günlük olarkən qol vurmuşdu.