BAKI, 21 oktyabr. TELEQRAF
Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib.
Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə “Exilenova+” məlumat yayıb.
Qeyd edilib ki, hücum zamanı neft məhsullarının saxlanması üçün nəzərdə tutulan 8 çən zədələnib.