BAKI, 21 oktyabr. TELEQRAF

Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiqləyib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiqi haqqında qanun layihəsini imzalayıb.