BAKI, 21 oktyabr. TELEQRAF
“Gürcüstan Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri üzrə danışıqları davam etdirir və əhəmiyyətli irəliləyiş əldə etməyə ümid edir”.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
Baş nazirin sözlərinə görə, həm Azərbaycan, həm də Azərbaycanla sərhəd məsələləri üzrə işlər davam edir və tərəflər prosesin fəal şəkildə irəli aparılmalı olduğu ilə razılaşır.