BAKI, 21 oktyabr. TELEQRAF

Qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Yəmənin Ədən beynəlxalq hava limanına ballistik raket hücumu həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.

Hava hücumundan sonra liman yaxınlığında partlayış səsi eşidilib. Mümkün dağıntı və ya tələfat barədə hələlik heç bir məlumat verilməyib.

Ədən liman şəhəri Yəmənin cənubunda yerləşir və ölkənin beynəlxalq səviyyədə tanınmış hökumətinin müvəqqəti paytaxtı kimi xidmət edir. Əsas paytaxt Səna şəhəri husilərin nəzarəti altındadır.