BAKI, 19 oktyabr. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə ölkəsinə mümkün təkrar hücum barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Sonuncu dəfə “işi bitirmək” istəyəndə İran daha da gücləndi. Yenidən şansınızı sınamaq istəyirsiniz? Buyurun, cəhd edin. Amma ehtiyatlı olun, bizim də yarımçıq qalmış işlərimiz var”, - Əraqçi qeyd edib.