BAKI, 16 oktyabr. TELEQRAF
“İran nüvə silahı əldə etmək istəmir və ölkəmizə qarşı aparılan bu cür dağıdıcı təbliğat yalandır”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Biz həmişə (ABŞ ilə) danışmağa hazır olmuşuq. Onlar düşünürlər ki, bizi təslim edə bilərlər, amma biz gücə təslim olmayacağıq”, - dövlət başçısı bildirib.
Pezeşkian əlavə edib ki, ABŞ-nin İrana qarşı sanksiyaları humanitar çərçivələrdən kənara çıxır, son aylardakı hücumları əsassız və qeyri-insani xarakter daşıyır.