BAKI, 19 oktyabr. TELEQRAF

İsrail xarici işlər naziri Gideon Saar iranlı həmları Abbas Əraqçinin Fransadakı etirazlarla bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, diplomat bu barədə X sosial şəbəkəsində yazıb.

“İran İslam Respublikasının xarici işlər naziri Fransadakı iğtişaşlara sevindiyini deyir. Ölkə daxilində etirazçıları edam edən və terrorizmi xaricə ixrac edən bir rejim indi Parisə sərbəst toplaşmaq azadlığı barədə dərs keçir. Heç kim İran rejiminin yanvar ayında öldürdüyü minlərlə vətəndaşı, eləcə də bu günə qədər davam edən repressiyaları, zorakılığı və edamları unutmayıb”, - Gideon Saar vurğulayıb.

Abbas Əraqçi bundan əvvəl Fransa Prezidenti Emmanuel Makrona müraciətində bildirmişdi ki, fransalılar sərbəst toplaşmaq azadlığına təminat verilməsi də daxil olmaqla, fundamental dəyişikliklər tələb edir.