BAKI, 19 oktyabr. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığı aparıb.

Teıeqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığında Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının suverenliyini və ərazi bütövlüyünü hədəf alan hücumları və regional təhlükəsizlik məsələləri müzakirə edilib.