BAKI, 19 oktyabr. TELEQRAF
“Ukrayna ərzaq tədarükü baxımından mühüm əhəmiyyət daşıyan Xəzər regionuna hücumları ilə İranın şimalında qarışıqlıq yaradır”.
Teleqraf xəbər verir ki, bunu İranın I vitse-prezidenti Məhəmmədrza Arif Rusiya Baş naziri Mixail Mişustin deyib.
O vurğulayıb ki, bunun Rusiya ilə İran arasındakı münasibətlərə zərər vurmasına yol vermək olmaz.
“Əlaqələrimizin inkişafı baxımından taxıl və ərzaq məhsullarının tədarükü xüsusi əhəmiyyət daşıyır. Ukrayna ölkəmizin şimalında, bu regionda müəyyən qarışıqlıqlar yaradıb. Biz Ukraynanın öz məqsədlərinə çatmasına, ölkələrimizin münasibətlərində problemlər və maneələr yaratmasına imkan verməməliyik”, - Arif qeyd edib.