BAKI, 19 oktyabr. TELEQRAF

Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar Misir xarici işlər naziri Bədr Əbdül Ati ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, nazirlər Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına hücumlarını pisləyərək, ölkənin təhlükəsizliyinə və suverenliyinə dəstəklərini bildiriblər.

İshaq Dar və Əbdül Ati Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı arasında dördtərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Söhbət Misirin Məkkə Müdafiə İttifaqına mümkün qoşulmasından gedir.