BAKI, 16 oktyabr. TELEQRAF
“İsraildə seçkilərin keçirildiyi dövrdə ölkəyə ediləcək istənilən hücuma dağıdıcı zərbə ilə cavab veriləcək”.
Teleqraf xəbər verir ki, bunu İsrailin BMT-dəki səfiri Dani Danon İran və “Hizbullah” terror təşkilatına müraciətində deyib.
“Bizi sınağa çəkməyin. Seçkilər zamanı və ya istənilən vaxt İsrailə hücuma cəsarət edən hər kəs dağıdıcı zərbə alacaq”, - diplomat Tehran və terror təşkilatına xəbərdarlıq edib.