BAKI, 15 oktyabr. TELEQRAF

“Türkiyə hakimiyyəti PKK terror təşkilatını əfv edib, lideri Abdullah Öcalan da həbsxana kamerasından villaya köçürülüb”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin müxalif “Zəfər” partiyasının sədri Ümit Özdağ deyib.

“PKK terror təşkilatı və lideri Abdullah Öcalanla aparılan müzakirə prosesi var. PKK-ya əfv elan edilib, Abdullah Öcalan artıq İmralıda məhbus deyil, komissiya üzvü kimi fəaliyyət göstərir. Kamerada yox, villada yaşayır. Bu proses başlayarkən Türkiyə xalqına “heç bir şərt-filan yoxdur, PKK silahı yerə qoyacaq və özünü buraxacaq” söylənilmişdi.

Necə ki, suriyalıların geri qayıdacağı ilə bağlı verilən söz tutulmadı və indi “suriyalılar qalır” deyilir, eyni şəkildə PKK və Öcalanla da bazarlıqlar aparıldığını görürük”, - partiya sədri bildirib.