BAKI, 15 oktyabr. TELEQRAF
Türkiyənin İstanbul şəhərində Ermənistan müstəqilliyinin 35-ci ildönümü münasibətilə tədbir keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilib ki, doqquz illik fasilədən sonra ilk dəfə keçirilən Ermənistanın Müstəqillik Günü tədbirini Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Nairi Petrosyan aparıb.
Türkiyəni tədbirdə xarici işlər nazirinin müavini Berris Ekinci təmsil edib. Ekinçinin iştirakı ilə Türkiyə-Ermənistan münasibətlərində ilk dəfə bu səviyyədə təmsilçilik baş tutub.
Çıxışlardan sonra Türkiyə və Ermənistanın dövlət himnləri səsləndirilib.