BAKI, 15 oktyabr. TELEQRAF

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə PA rəhbəri sosial mediada məlumat verib.

“Özbəkistanı və Türkiyəni dostluq və sıx əməkdaşlıq əlaqələri birləşdirir. Görüş zamanı birgə səylərimizin nəticələrini və ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik”, - Mirziyoyeva görüşlə bağlı yazıb.