BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ və Rusiya arasında iqtisadi məsələlər və Ukrayna münaqişəsinin nizamlanması sahəsində əməkdaşlıq digər ölkələrin narazılığına baxmayaraq davam etdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin xüsusi nümayəndəsi - Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev sosial media hesabında paylaşım edib.
"Qlobal təhlükəsizliyin, əməkdaşlığın və rifahın əleyhdarları bundan razı qalmayacaqlar", - K.Dmitriyev bildirib.