BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ hökuməti Suriyanı silah satışına qadağa qoyulmuş ölkələr siyahısından çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Qərara əsasən, Dəməşqin silah almaq üçün etdiyi müraciətlər artıq avtomatik olaraq rədd edilməyəcək, müvafiq qaydada nəzərdən keçiriləcək.
Nəşr qeyd edib ki, bu, ABŞ-nin Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın yeni rəhbərliyini Vaşinqtona daha da yaxınlaşdırmaq üçün atdığı addımların bir hissəsidir.
Donald Tramp administrasiyası Bəşər Əsədin devrilməsindən və Əhməd Şaraanın hakimiyyətə gəlməsindən sonra Suriyaya qarşı sanksiyaları mərhələli şəkildə ləğv edir.