BAKI, 24 noyabr. TELEQRAF

Britaniya hökuməti Rusiyadan dəniz yolu ilə neft və kömür daşınmasına qadağa tətbiqini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband bildirib.

"1 yanvar 2027-ci il tarixindən etibarən Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazla bağlı dəniz xidmətlərinə qadağa qoyacaq. Eyni zamanda neftlə bağlı dəniz xidmətlərinə qadağa tətbiq oluna bilər. Bu, nəzərdən keçirdiyimiz məsələlərdən biridir", - nazir bildirib.

O həmçinin əlavə edib ki, Rusiya kömürünün dəniz yolu ilə daşınması qadağan edilə bilər. "Kömür Rusiyaya neftdən daha az gəlir gətirir. Lakin bunun öyrənilməsi lazımdır", - deyə Miliband qeyd edib.

London 2025-ci ilin sonunda Rusiyanın mayeləşdirilmiş təbii qazının nəqlinə qadağa qoyduğunu elan edib. Məhdudiyyətlər rəsmi olaraq mayın 19-da tətbiq olunsa da, ümumi lisenziyanın verilməsi ilə əlaqədar olaraq, onlar 1 yanvara qədər qüvvəyə minməyəcək.